Sərgi –Plenerdə 12 balaca rəssamın əsərləri nümayiş olundu

Sərgi –Plenerdə 12 balaca rəssamın əsərləri nümayiş olundu

"Mənim yay tətilim"  Respublika uşaq rəsm müsabiqənin mükafat fondu olan seçilmiş müəlliflərin qrup sərgisi kimi nəzərdə tutulmuş Sərgi -Plenerdə 12 balaca rəssam hər biri 5 əsəri, həmçinin tədbir zamanı sərbəst mövzuda ərsəyə gətirdiyi bir rəsm işi ilə təmsil olundu.

Olaylar.az bildirir ki, tədbiri Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq bu kimi tədbirlərin uşaqların həyatına təsirindən danışdı. Onların gələcək Azərbaycanın ictimai həyatında əsas rola sahib olacaqlarını qeyd etdi. Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin uşaqlara sərgi-plenerdə iştirakına görə təşəkkür etdi və hər gənc rəssama "Nəsimi dünyası Rənglərin işığında" əsərini öz imzası ilə təqdim etdi. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi plenerin əhəmiyyətini vurğulamaqla gələcəkdə uşaqların daha böyük auditoriyalarda sərbəst işləməsi üçün stimul olacağını qeyd etməklə, tədbirə dəstək duran hər təşkilata təşəkkür etdi və bu kimi tədbirlərdə fəal iştirakından qürur duyduğunu bildirdi.

Nəzərinizə çatdırıq ki, reqlamentə uyğun olaraq, üçüncü tura sərgi-plenerə əsərinə daha az müdaxilə olunmuş (müəllim və ya valideyn tərəfindən), yaşına uyğun, duyğu və düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya əsas götürülməklə seçilmiş uşaqlara üstünlük verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31