Tanınmış amerikalı caz ifaçısı Muğam mərkəzində çıxış etdi

Tanınmış amerikalı caz ifaçısı Muğam mərkəzində çıxış etdi

Beynəlxalq Muğam Mərkəzində klassik cazın sevilən simalarından olan Ceymi Devis Bakıda ilk dəfə konsert verib. Dərin, güclü, məxməri bariton səsə sahib olan ifaçını bəzən "şokoladlı səs" kimi də təqdim edirlər.
Olaylar.az bildirir ki, Bakıdakı konsertində tamaşaçılara unudulmaz caz axşamı bəxş edən sənətçinin proqramı caz üslublarının qarışığından ibarət olub. "Salam Bakı" sözləri ilə tamaşaçıları salamlayan ifaçı Azərbaycan paytaxtını ilk baxışdan sevdiyini bildirib. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışından həmçinin burada musiqiçilər üçün yaradılan rahat şərait və yükəsk auradan razılığını ifadə edən cazmen konsert salonunun möhtəşəmliyi ilə bağlı fikirlərini bölüşüb.
Konsert boyu ifaçı bir üslubdan digərinə asanlıqla keçid edərək populyar kompozisiyalardan klassik ariyalara qədər bənzərsiz ifası ilə tamaşaçılarda xoş ovqat yaradıb. Caz improvizələri, səhnədən şən zarafatları, pozitiv əhvalı ilə tamaşaçıların qəlbinə yol tapan ifaçının çıxışı gurultulu alqışlarla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31