“5. Türk Filmləri Həftəsi – Bakı”nın açılış mərasimi keciriləcək

“5. Türk Filmləri Həftəsi – Bakı” nın açılış mərasimi keciriləcək

Olaylar.az bildirir ki, noyabrın 25- də Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin , Türkiyənin Azərbaycandakı səfirliyinin, Yerli Düşünce Derneği'nin, TİKA agentliyinin, təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə "5. Türk Filimləri Həftəsi -Bakı" nın açılış mərasimi keçiriləcək.

Açılış mərasiminə Türkiyədən gələn AK Parti Ordu Millət vəkili və Yerli Düşünce Derneğinin Baş Direktoru Metin Gündoğdu, "Locman" filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorları Yeliz Kuvancı ve Nisa SofiyaAksongur, "Çakallarla Dans 5" filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, "Kapan" filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, "Annem" filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali, SETEM Baş Direktoru Mehmet Güleryüz, "Star" qəzetinin mədəniyyət-sənət editoru Bedir Acar, Türk Filmləri Həftəsinin lahiyə assistenti Fatma Gezer ve Türk Filmləri Həftəsının Baş koordinatoru Öner Kılıç qatılacaqlar.

Açiliş mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat zalında KİV nümayəndələri üçün mətbuat konfransı keiriləcək.

Rəsmi hissədən sonra rejissor Şükrü Alaçam'ın "Locman" bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, nümayişlərə giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31