“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı oldu

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı oldu

Noyabrın 21-də Muzey Mərkəzində "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirildi.

Olaylar.az bildirir ki, mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev biennalenin iştirakçılarını salamlayaraq ölkəmizdə altıncı dəfə keçirilən layihənin önəmini qeyd etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən biennale bir neçə gün ərzində sənətsevərlərin müasir incəsənət baxımından çox zəngin, maraqlı və yaddaqalan layihələrlə tanışlığına şərait yaradacaq.

Nazir qeyd etdi ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı və bir sıra sənət ocaqları biennalenin keçirilməsində yaxından iştirak edir: "Çünki tədbir bir məkanla məhdudlaşmır. Beş gün  müddətində müxtəlif məkanlarda təqdim olunacaq layihələr öz fəlsəfi və janr zənginliyi ilə diqqəti cəlb edəcək. Bu biennale ölkəmizi dünya miqyasında tanıdılmasına, Azərbaycanın müasir incəsənətə olan münasibətini əks etdirir. u Hazırda biz mədəniyyəti inkişaf edən dövlət kimi tanınırıq".

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov biennaleni düşüncələrin və sənətin bölüşməsi baxımından mühüm layihə kimi dəyərləndirdi.

Biennalenin önəmini qeyd edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Əsgər Ələkbərov vurğuladı ki, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi mədəniyyətimizin dünyaya tanıdılması baxımından əhəmiyyətlidir. Belə tədbirlər həmçinin ölkəmizin tolerant və multikultural dəyərlərini təşviq edir.

Sonra nazir Əbülfəs Qarayev və qonaqlar rəmzi lenti kəsərək sərginin rəsmi açılışını etdilər. Tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular. Almaniyadan gələn iştirakçı Gisela Veimannın təqdim etdiyi performansla tanışlıq qonqların marağına səbəb oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31