Şəkidə “Bölgə” Teatr Truppasının ilk regional görüş təşkil olunub
Şəkidə “Bölgə” Teatr Truppasının ilk regional görüş təşkil olunub
20 Noyabr 2019 12:08 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə heyyəti gənc mədəniyyət işçiləridən ibarət olan "Bölgə" Teatr Truppası yaradılmışdır. Truppanın təqdimatı 22 may 2019-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmış "Mədəniyyət sahəsində könüllülük fəaliyyəti" mövzusunda seminar çərçivəsində baş tutmuşdur. Truppanın bəddi rəhbəri də Mərkəzin gənc əməkdaşı Hüseyn Məmmədov təyin olunub.
Olaylar.az bildirir ki, Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində "Bölgə" Teatr Truppasının gənc mədəniyyət işçiləri ilə ilk regional görüşü təşkil edilmişdir. Görüşdə Şəki şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 100 yaxın gənc mədəniyyət işçilərinə Mərkəzin əməkdaşları Hüseyn Məmmədovun Truppanın yaranması, mahiyəti və qarşısında qoyulan prioritetlər haqqında, Rəfiqə Nəsirovanın Azərbaycan teatrının tarixi, keçdiyi yol, eləcə də interaktiv səhnəciklər haqqında çıxışları dinlənilmişdir. Çıxış edənlər qeyd ediblər ki, Teatr Truppasının yaradılmasında başlıca məqsəd mərkəzin fəaliyyət istiqamətlərini genişləndirməklə teatr sahəsi üzrə də uğurlara imza atmaqdır.
Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Elvin Qarayev, Mədəniyyət Mərkəzinin direktoru Ağəli Cəlilov, bədii rəhbəri Rəşad Rüstəmov öz çıxışlarında qeyd etdilər ki, teatr dünyanın ən unikal sənət sahələrindən biridir.
Tədbirin sonunda vətənpərvərlik mövzusuna həsr olunmuş tamaşa numayiş etdirilmişdir. Gələcəkdə "Bölgə" Truppası yerli və xarici dramaturqların əsərlərinə müraciət etdirilməsini, müxtəlif regionlarda tamaşaların səhnələşdirməsini, yerli və beynəlxalq xarakterli festivallara qatılacağını planlaşdırır.