Klassik cazın sevilən siması Bakıya gəlir

Klassik cazın sevilən siması Bakıya gəlir

Noyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində klassik cazın sevilən simalarından biri Ceymi Devis ilk dəfə olaraq Bakıda konsert proqramı ilə çıxış edəcək.

Olaylar.az bildirir ki, dərin, güclü, məxməri bariton səsə sahib olan ifaçını bəzən şokoladlı səs kimi də təqdim edirlər.
Bakıdakı konsertində tamaşaçılara unudulmaz caz gecəsi təqdim edəcək sənətçinin proqramı caz üslublarının qarışından ibarət olacaq. O, bir üslubdan digərinə asanlıqla keçid edərək populyar kompozisiyalardan klassik ariyalara qədər ifa edir. Bu ifaların hər birinə isə öz müəllif yanaşmaları və şəxsi aranjirovkalarının sayəsində qəlblərə yol tapır .
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir. Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzin səhnəsindən tamaşaçılarla görüşə gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31