“Dublyajda səs çələngi” adlı bədii gecə keçiriləcək
“Dublyajda səs çələngi” adlı bədii gecə keçiriləcək
14 Noyabr 2019 11:59 MədəniyyətNoyabr ayının 15-də, saat 19:00-da Nizami Kino Mərkəzində "Dublyajda səs çələngi" adlı bədii gecə keçiriləcəkdir.
Olaylar.az bildirir ki, Azərbaycanda 1937-ci ildə yaranan dublyaj sənətinin tarixinə nəzər salınacaq, inkişaf mərhələsindən, bugünkü fəaliyyətindən bəhs ediləcəkdir.
"Çapayev" filmi ilə başlayan dublyaj sənəti uğurlu inkişaf mərhələsi keçdi, hər il "Azərbaycanfilm" kinostudiyasında onlarla film Azərbaycan dilinə dublyaj olundu. Xarici filmlərin doğma dilimizdə təqdim olunması ekran əsərlərinin məna və məzmunun daha aydın başa düşülməsinə səbəb oldu, kinosevərlərin dünya kinosu ilə yaxından tanış olmasına imkan yaratdı. Bununla yanaşı, dublyaj sənəti üzrə püxtələşən sənətkarlarımız danışıq dilindən istifadə qaydalarını ətraflı şəkildə izah etdi, Azərbaycan dilinin daha da sevilməsinə səbəb oldu.
82 ildir ki, xalqa xidmət edən, ana dilimizin keşiyində duran, bu gün də inkişaf mərhələsini yaşayan dublyaj sənətinin əsas məqsədi dövlət dilindən isrifadənin yaxşılaşmasına təkan vermək, Azərbaycan dilinin zənginliyini qorumaqdır.