Nardaranda "Muğam dünyasına səyahət”
Nardaranda "Muğam dünyasına səyahət”
13 Noyabr 2019 11:02 MədəniyyətBeynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi birgə həyata keçirdiyi "Muğam dünyasına səyahət" layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.
Olaylar.az bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran Qəsəbə Mədəniyyət Mərkəzində reallaşan konsertdə tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbriz Yusifovun müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva , Elgiz Əliyev Nardaran sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. xanəndələr "Segah", "Mahur", "Şur" muğamları və təsniflər ifa ediblər.
Bu ilin iyul ayından start götürən "Muğam dünyasına səyahət" layihəsi ilin sonuna kimi davam edəcək.
Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.