"Muhteşem yüzyıl": Hürrəm sultan hakimiyyətə doğru... VIDEO

Xədicə sultan qaçmağa hazırlaşan Nigarı yaxalayır. O, Nigardan İbrahimlə aralarında nələrin olduğunu soruşur. Nigar İbrahimlə münasibətlərini təkzib edir və bətnindəki körpənin Nasuh əfəndidən olduğunu bildirir. Xədicə nəyə inanacağını bilmir və Hürrəmlə üzləşməyə qərar verir. Sultan Süleyman şahzadə Mustafaya ağır bir dərs verir. İbrahim sərt döyüşdən sonra Əfəndi həzrətlərinin yanına gedib çıxır. Lakin qarşısında gözləmədiyi birini görür. Xədicə Hürrəmdən eşitdiklərinə inanmaq istəmir. Lakin Hürrəmin sürpriz şahidi Xədicənin beynini qarışdırır. Xədicə sultan sonunda İbrahimdən həqiqəti soruşmağa qərar verir. Mahidevranın borcları xeyli artıb. Hürrəm bu problemdən yararlanmaqdan çəkinmir və Gülfemin hər şeydən xəbərdar olmasını təşkil edir. Gülfem Mahidevrandan vəziyyəti dərhal düzəltməyi tələb edir. Mahidevran bundan narahat olur. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31