Azərbaycanlı modelin türk ərindən maraqlı addım
Tolqa Karel körpəsinin əl izini qoluna döydürüb
6 İyun 2012 19:01 MədəniyyətAzərbaycanlı model Günay Musayeva ilə evli olan türkiyəli aktyor Tolqa Karel qeyri-adi addım atıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, aktyor yeni doğulmuş oğlu Cahangir Canın əl izini qoluna döymə kimi həkk etdirib.
Döymənin vurulması 3 saata yaxın davam edib. İş prosesindən sonra döyməsinin şəklini çəkən aktyor halından çox məmnun olub. O, "oğlumun əl izi artıq şah damarımda atacaq" deyə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31