"Öyle bir geçer zaman ki": Akarsu ailəsində ikiqat sevinc. VIDEO
6 İyun 2012 18:11 MədəniyyətAylin və Soner xoşbəxt sonluğa çatmaq üçün ikinci dəfə nikah masasındadırlar. Amma bu dəfə evlənmələrinə Süleyman əngəl olur. Süleymanın söylədikləri nikaha damğasını vurmaqla yanaşı, qonaqları təəccübləndirir.Əli kapitanın son vaxtlarda özünə qapanması Hasefeni narahat edir. Tez-tez itən Əlini izləyən anası onun haraya getdiyini heç cür öyrənə bilmir.Mete bir mahnı yarışmasında münsifliyə dəvət alır. Ürəksiz qəbul etdiyi yarışmada onu böyük bir sürpriz gözləyir.Cəmilənin Kənana qarşı qaldırdığı məhkəmə iddiasına baxış yaxınlaşmaqdadır. Lakin Nedim Kənanı sıxışdıracaq sənədləri əldə edə bilmir.Əhmədlə Berrin isə bir qərar verirlər. Berrin bunu ailəsi ilə paylaşmaq üçün Akarsu ailəsini bir araya toplayır.Hamiləliklə bağlı müayinələri müntəzəm etdirən Aylin ürəyi ilə bağlı müayinəni buraxır. Tarıkdan gələn zənglə bu, ortaya çıxır. Ondan gizlədilən bu vacib məlumatı öyrənən Soner təşvişə düşür. O, Aylinin həkimini tapır və lazımi müayinələr aparılır.Digər tərəfən, Əli ilə Karolinin boşanma məhkəməsi var. Karolin Mustafanın qəyyumluğunu almaq istəyir.Nərmin Adalının fotosunu görən Selma isə Kənanın qaranlıq keçmişinin ortaya çıxmasına nail olur. Selma, Əli və Cəmilə Nərmin Adalı ilə görüşməyə gedirlər. Eşitdikləri onları dəhşətə gətirir. Kənan haqqında öyrəndikləri məhkəməni udmaq üçün Əlinin ağlına parlaq fikrin gəlməsinə səbəb olur.Berrin və Əhməd gələcəkləri üçün yeni qərarlar qəbul edərkən yaxınlaşan təhlükədən xəbərsizdirlər. Rəsuldan zəng gələndə Hakan atasının intiqam planına mane olmaq üçün hərəkətə keçir.milli.az