Məhşur serialların yayımına icazə veriləcək

"İctimai televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik ediləcək. Milli Məclisin mədəniyyət məsələləri komitəsinin iyunun 6-da keçirilən iclasında bildirilib ki, dəyişikliklər əsasən ictimai yayımçının hüquqi statusu ilə bağlıdır. Dəyişiklikdə təklif olunur ki, ictimai yayımçı öz əmlakı üzərində mülkiyyət hüququna malikdir, bu əmlakdan ictimai yayımın məqsədləri üçün istifadə edə bilər. Sənəddə  göstərilir ki, ictimai yayımçının əmlakı qanunla nəzərdə tutulmuş hallarda, xüsusən  ictimai yayımçının əmlakı yeniləşdirilmək məqsədi ilə satıla bilər. Digər dəyişikliyə dörə, ictimai yayım xidmətlərinin rəhbərləri, baş rejissorlar müsabiqə əsasında seçilir, Yayım Şurası tərəfindən sadə səs çoxluğu ilə təsdiq olunurlar. Baş direktor isə texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyən edir. Sözügedən qanunun 13-cü maddəsinə təklif olunan dəyişiklikdə göstərilir ki, dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31