TRT Avaz kanalında “Türk dünyasından izler” verilişi Hüseyn Cavidə həsr olundu

Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi münasibətilə Türkiyənin TRT Avaz kanalında "Türk dünyasından izler" verilişinin yeni buraxılışı Türk dünyasının görkəmli filosof-şairi, dramaturqu Hüseyn Cavidə həsr olundu. Çəkilişləri AMEA Hüseyn Cavidin Ev Muzeyinin yenicə təmirdən çıxmış ekspozisiyasında aparılan sənədli filmdə muzeyin direktoru, fil.e.d. Gülbəniz Babaxanlının H.Cavidin keçdiyi keşməkeşli həyat yolu, yaradıcılığı, bu gün muzeydə qorunan və nümayiş olunan dəyərli eksponatlar haqqında söylədiyi faktlar öz əksini tapıb. Film muzeyin ekspozisiyasında nümayiş olunan əlyazmalar, fotolar, xatirə əşyaları, rəsm əsərləri, H.Cavidin əsərlərindən parçalar, H.Cavid tədqiqatçılarının dəyərli fikirləri əsasında hazırlanıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31