"Eurovision" qalibi: "Bakını sevirəm!"
5 İyun 2012 17:16 MədəniyyətLinda Martin yenidən bu səhnəyə qayıtmağı istisna etmir. 57-ci Eurovision Mahnı Müsabiqəsi ərəfəsində şəhərimizə gələn çoxsaylı qonaqlar sırasında Avropanın bu nüfuzlu şousunun 1992-ci ildəki qalibi Linda Martin də vardı. İrlandiya nümayəndə heyəti ilə birlikdə şəhərimizdə olan Linda Bakıdakı iki həftə ərzində milli mətbəximizlə, tarixi-memarlıq abidələrimiz, o cümlədən qədim İçərişəhərlə tanışlıq fürsəti qazandı. O, Eurovision Mahnı Müsabiqəsi səhnəsinə yenidən qayıtmağı da nəzərdən keçirir. "Mister Eurovision" ləqəbli Johnny Loganın "Why me?" mahnısı ilə 1992-ci ildə qalib olan Linda Martin bəstəkardan yeni kompozisiya təklifi gözləyir. Müğənni Bakı şousu və paytaxtımıza səfərlə bağlı təəssüratlarını eurovision.az saytında paylaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31