Ledi Qaqa rekord qırdı

Amerikalı müğənni Ledi Qaqa "Twitter" sosial şəbəkəsində izləyici sayı 25 milyonu keçən ilk şəxs olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Twitter"də ən çox izləyicisi olan on hesabdan 7-si pop ulduzlara aiddir. Bunlar: Ledi Qaqa, Justin Biber, Keti Perri, Rihanna, Britni Spirs, Şakira və Teylor Sviftdir. Qeyd edək ki, ən çox izləyiciyə sahib olan üç hesab- 16 milyondan çox izləyici ilə ABŞ prezidenti Barak Obama, 14.8 milyonla Kim Kardaşyan, 13 milyonla Youtube saytı ilk onluqda yer tuturlar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31