Abidə menecerlərinin fəaliyyəti, mədəni irsin qorunması məsələləri müzakirə olundu

Abidə menecerlərinin fəaliyyəti, mədəni irsin qorunması məsələləri müzakirə olundu

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda Abidə Menecerləri Forumu keçirilir. İyulun 27-də başlayan forum iyulun 4-də başa çatacaq.

İyunun 28-də günün ikinci yarısında forum çərçivəsində abidə menecerlərinin fəaliyyəti, mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində maraqlı müzakirələr aparıldı.

İlk olaraq Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) əməkdaşı Jane Thompsonun "İdarəetmə sistemləri və planlama: idarəetmədə dəyişiklik və davamlılıq" mövzusunda məruzəsi dinlənildi. Daha sonra həmin mərkəzin digər nümayəndəsi Eugene Jo "İdarəetmənin səmərəliliyi konsepsiyası", həmçinin UNESKO-nun Dünya İrs Mərkəzinin əməkdaşı Ricard Veillon "Reaktiv monitorinq prosesi və mühafizə hesabatlarının vəziyyəti" və "Mühafizə hesabatlarının analizi" mövzularında çıxış etdilər.

Çıxışlardan sonra forum iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31