Gənc Peşəkarlar Forumunun iştirakçıları komitə iclasının simulyasiyası sessiyasında

Gənc Peşəkarlar Forumunun iştirakçıları komitə iclasının simulyasiyası sessiyasında

"Dünya irsi. Gənc Peşəkarlar Forumu"nun beşinci iş günü iyunun 28-də forumunun iştirakçıları bugün Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM) təşkilatinin Ərazilər Bölməsinin direktoru Cozef Kinq moderatorlugu ilə komitə iclasının simulyasiyası sessiyasında iştirak edirlər.  

Olaylar.az bildirir ki, bu simulyasiya vasitəsilə iştirakçılar Dünya İrs Komitəsinin üzv ölkələrinin təmsilçisi olaraq komitə qərarının ilk versiyasınin hazırlanma və təqdimatı, müzakirəyə və yekun səsverməyə çıxarılmasi üzrə müvafiq mərhələləri keçəcəklər.

Qeyd edək ki, adıçəkilən Forum UNESKO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.

İyulun 2-dək davam edəcək forumunda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu "Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar"a həsr edilib. Forumun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31