“Azərbaycan musiqisinin inciləri UNESKO-nun siyahısında” layihəsi çərçivəsində tədbir keçirildi
“Azərbaycan musiqisinin inciləri UNESKO-nun siyahısında” layihəsi çərçivəsində tədbir keçirildi
28 İyun 2019 14:37 Mədəniyyət30 iyun-10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Azərbaycan musiqisinin inciləri UNESKO-nun siyahısında" layihəsi çərçivəsində silsilə tədbirlərdən birincisi Azərbaycan muğam sənətinə həsr olunmuşdur.
Olaylar.az bildirir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova "XX əsrin əvvəllərinə aid sənədlərdə muğam tarixindən səhifələr"mühazirəsi ilə çıxış etmişdir. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər və konsertmeystr Xalq artisti Munis Şərifov) konsert proqramı ilə çıxış etmişdir.