YUĞ Teatrında İbsenin “Vahimə” əsəri tamaşaya qoyulub

YUĞ Dövlət Teatrında ünlü Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşasının premyarası olacaq. 

YUĞ Dövlət Teatrında ünlü Norveç yazarı Henrik İbsenin "Vahimə" əsəri əsasında hazırlanmış "Vəsvəsə" tamaşasının premyarası olacaq. 

Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır. Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.

"Mənəviyyatını itirən hər şeyini itirir!" - ideyasından çıxış edən rejissorun fikrincə, "Azadlığını itirən mənəvi əzabdan başqa heç nə qazanmır". Tamaşanın növbəti nümayişi iyun ayının 26-da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31