Beynəlxalq Muğam Mərkəzində Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir

Beynəlxalq Muğam Mərkəzində  Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirildi.  Olaylar.az bildirir ki, tədbirin iştirakçıları əvvəlcə Mərkəzin foyesində qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxdılar.

Beynəlxalq Muğam Mərkəzində  Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirildi. 

Olaylar.az bildirir ki, tədbirin iştirakçıları əvvəlcə Mərkəzin foyesində qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxdılar.

Tədbiri açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirdi.Daha sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin videomüraciəti nümayiş etdirildi.

Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov tədbirdə çıxış edərək bildirdi ki, qaçqın və məcburi köçkün problemi bu gün dünyanı narahat edən məsələdir. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd bu problemin nə qədər vacib olduğunu bir daha diqqətə çatdırmaqdır. Azərbaycanda qaçqın və məcburi köçkün problemi ilə bağlı əsaslı işlər görülür. O qeyd edib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, qaçqın, köçkün problemi həqiqətən də qlobal problemdir və ciddi yanaşma tələb edir. Təəssüf ki, bu problem dünya miqyasında getdikcə artır.  BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışı zamanı diqqətə çatdırıb ki, qaçqın və məcburi köçkün problemi dünya üçün ciddi təhlükədir. BMT-nin iqlim dəyişikliyinə və digər problemlərə qarşı mübarizə apardığı bir dövrdə ən çox diqqət qaçqın və məcburi köçkünlərin üzərinə yönəlməlidir. Bu il dünyada öz yurd-yuvalarından didərgin düşən insanların sayı ən yüksək həddə çatıb.   BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirə yekun vuraraq qeyd edib ki, qaçqın və məcburi köçkünlər diqqətdən kənarda qalmamalıdırlar. Dünyada davam edən münaqişələr qaçqın və məcburi köçkünlərin sayını artırır.

Tədbir bədii hissə ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31