Hüseynqulu Sarabskinin anadan olmasının 140 illik yubileyi qeyd olunub
Hüseynqulu Sarabskinin anadan olmasının 140 illik yubileyi qeyd olunub
20 İyun 2019 17:42 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli opera mügənnisi, aktyor, rejissor, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Olaylar.az bildirir ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tədbirə teatr korifeyinin həyat və yaradıcılığını əks etdirən səyyar foto- sərgi ilə qatılmışdır. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Səhnə fəaliyyətinə 1902-ci ildə Bakıda dramatik rollarla başlamışdır. H.Sarabskinin "Bir aktyorun xatirələri" və "Köhnə Bakı" əsərləri teatr tariximizin öyənilməsi və tarixi-etnoqrafik material kimi çox qiymətlidir. H.Sarabski "Muğan", "Dağlar", "Leyla" və s. mahnıların müəllifidir.