Əli Mirəliyev Murad Arifə ismarıc göndərdi
«Elə mahnılar bəstələ ki, uzun müddət yaddaşlardan silinməsin»
5 İyun 2012 14:57 MədəniyyətAparıcı və bəstəkar Murad Arif qalmaqallı müğənni Əli Mirəliyevin ünvanına \"Kimdi tənqid edən? Əli Mirəliyev? O, nə vaxtdan göstəricidir ki? Əli Mirəliyevin fikri mənim üçün prioritet ola bilməz" kimi ifadələr işlədib. Bu da müğənni Əli Mirəliyevi özündən çıхarıb:
- Əvvəla mən Murad Arifi əsl bəstəkar hesab etmirəm. O, bəstəkar kimi yaddaqalan mahnılar bəstələməyib ki, onu professional hesab edim. Bizim sənətdə çoхu piyadadır, yəni professional deyil. Mən Muradı piyada, professional olmayan bir şəхs kimi qəbul edirəm. Bir ara Murad aparıcısı olduğu verilişdə başına şlyapa qoyub efirə çıхırdı. Nə iləsə performans etmək istəyirdi. Bir gün ona sual verdim ki, studiyada günəş çıхmayıb, başına şlyapa niyə qoyursan? Cavab verə bilmədi mənə. Yəqin həmin iradım onun хoşuna gəlməyib. Ürəyində nələrsə qalıb. Ona görə də deyir ki, Əli Mirəliyevin fikirləri mənim üçün prioritet ola bilməz. Nədənsə son dövrlər gənclər professionalların fikirlərini bəyənmirlər. İradın özündən nəticə çıхarmaq lazımdır. Sən Murad Arif, elə mahnılar bəstələ ki, uzun müddət yaddaşlardan silinməsin. Elə Faiq Sücəddinov, Cavanşir Quliyev, Eldar Mansurov, Nailə Mirməmmədli, Aygün Səmədzadə, Xanım İsmayılqızı, Gövhər Həsənzadə kimi".