“Muhteşem Yüzyıl”: 63-cü bölümdə nələr olacaq? VIDEO

Türkiyənin "Star TV" kanalında yayımlanan "Muhteşem Yüzyıl" serialının 63-cü bölümü iyunun 6-da nümayiş olunacaq. Lent.az kanalın saytına istinadən xəbər verir ki, mövsüm finalı olan bu seriyada Hatice Sultan qaçmağa hazırlaşan Nigarı yaxalayır. Ancaq Nigar İbrahim Paşa ilə aralarında münasibət olduğunu inkar edir və bətnindəki körpənin atasının Nasuh Əfəndi olduğunu deyir. Haticə nəyə inanacağını bilmir və İbrahim Paşa ilə danışmağa qərar verir. Mahidevran borc bataqlığındadır. Hürrəm əlinə keçən bu fürsəti qaçırmaq istəmir...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31