Bülənt Ersoy xəstəxanaya yerləşdirilib
5 İyun 2012 12:58 MədəniyyətTürkiyənin tanınmış müğənnisi Bülənt Ərsoy ötən gecə Gaziosmanpaşadakı özəl xəstəxanaya yerləşdirilib. "Olaylar"ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, türk sənət musiqisinin divası saatlarla orada qalıb. Buna səbəb isə onun çiynində əzələ yırtılması olub.
Xəstəxanadan gecə saatlarında çıxan sənətçi jurnalistlərin və televiziya işçilərinin suallarını cavablandırıb. O probleminin nədən yarandığını bilmədiyini deyib. Bülənt Ersoyun səhhəti barədə açıqlama verən doktor Dilək Rəhmanoğlu sağ çiynində əzələ yırtılması ilə xəstəxanaya gətirilən Bülənt Ersoyun durumunun hazırda yaxşı olduğunu, ciddi bir problem olmadığını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31