“ADLAR” isimli fotosərginin açılışı

“ADLAR” isimli fotosərginin açılışı

Bakı Fotoqrafiya Evi sizi "ADLAR" isimli yeni sərginin açılış mərasiminə dəvət edir. Sərgidə Azərbaycan fotoqrafiya sənətində iz qoyan 19 müəllifin əl işləri təqdim ediləcək. Onlar bizim müasirlərimiz olan şəxslərdir -  peşəkarlar və həvəskarlar... Onlar fotoşəklin - zamanın və məkanın zərrəsindən yola çıxaraq öz hiss və düşüncələrini - sevinc və kədəri, məyusluq və sevgini, ətraf mühitə qarşı münasibəti fotoqrafiya vasitəsilə əks etdirirlər.

Sərginin kuratoru fotoqraf Sənan Ələsgərovdur. Tədbirin açılış mərasimi 21 may 2019-cu il tarixində saat 19:00-da baş tutacaq. Ünvan: Böyük Qala küçəsi, 42

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31