Məni itdən betərlərin çevrəsində qoydun: Mətanət şikayətləndi - FOTO
Məni itdən betərlərin çevrəsində qoydun: Mətanət şikayətləndi - FOTO
14 May 2019 16:26 Mədəniyyət"Sənsiz yoxam, puçam, heç nəyəm, yetiməm"
Müğənni Mətanət Əsədova şəxsi İnstagram hesabında dünyasını dəyişmiş anasından yazıb.
AzNews.az xəbər verir ki, sənətçi həyatından şikayətlənib:
"Deyirdin ki, ehtiyatlı ol, ağacı qurd içindən yeyər, bir daha hiss etdim ki, səndən başqa kimsə məni könüldən sevmədi. Sənsiz yoxam, puçam, heç nəyəm, yetiməm. Məni tülkü nəfsli, itdən betərlərin çevrəsində ağlar qoyub, getdin. Deyirdin ki, məni çox axtaracaqsan, sonra gec olacaq".
Qeyd edək ki, sənətçi anasını 11 il öncə itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31