Niyamın keçmiş arvadı: "Evə can yandırmırdı" FOTO

Niyamın keçmiş arvadı: "Evə can yandırmırdı" FOTO

Müğənni Niyam Salami şəxsi həyatı ilə bağlı bəzi gizli məqamlardan danışıb. İfaçı proqramların birində ilk dəfə boşanmasının səbəbini açıqlayıb: "Bir dəfə nişanlı, bir dəfə də evli olmuşam. Nişanlımla aramızda problem ev üstə oldu. O vaxtı evim yox idi, o istəyirdi ki, onlarda qalaq, mən də buna razılaşmadım. Evlənəndə öz evimdə yaşamaq istəyirdim. Belə aramızda problemlər artdı və yollarımız ayrıldı. Amma indi Allaha şükür evim var. Daha sonra anam 1 ay müddətində tez-bazar məni evləndirdi. O da yaxın qohumum idi, razılaşıb ayrıldıq. Ayrılsaq belə, mehriban münasibətimiz var, ona bir şey edənin, başını yararam".

Daha sonra aparıcı müğəninin keçmiş həyat yoldaşı ilə bağlı sujeti efirə vermək istəsə də, müğənni buna icazə verməyib. Amma Zaur keçmiş həyat yoldaşının Niyam haqda "Evə canyandıran deyildi. Öz aləmi var idi. İstədiyi vaxt gəlib, gedirdi" dediyini bildirib.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31