Eldar Qasımovdan yeni mahnı… VIDEO
Bu dəfə Progressive House janrında...
4 İyun 2012 14:44 Mədəniyyət"Eurovision 2012" mahnı müsabiqəsindən dərhal sonra bu mötəbər yarışmanın qalibi adına yüksələn Eldar Qasımov öz yeni musiqi layihəsinə başlayıb. Daha doğrusu, onun əsas hissəsinə... Müğənni sıx qastrol və iş qrafikinə baxmayaraq artıq iki aydır ki, "I'm Free" adlı yeni sinql üzərində işləyir. Yeni sinqlla bağlı təəssüratlarını bölüşən Ell, bu mahnının ona tamamilə yeni hisslər yaşatdığını etiraf etdi: "Mənim üçün bu layihə, bu mahnı tam yeni bir hissdir. Mən heç vaxt bu üslubda oxumamışam və buna görə də Progressive House musiqi stilinin pərəstişkarları, ifaçıları qarşısında böyük məsuliyyət hiss edirəm. Mən özümü başqa tərəfdən tanımaq istəyirəm. Bu bir imtahan kimidir".
Onu da bildirmək yerinə düşər ki, Ell həm də yeni mahnısnın sözlərinin müəllifidir. Mahnının müəllifləri Ell, AzeriLife Music Entertainment prodüserlik mərkəzi - DJ və prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayevdir.
şər ki, Ell həm də yeni mahnısnın s