“Öyle bir geçer zaman ki”: 77-ci bölümdə nələr olacaq? VIDEO
4 İyun 2012 13:58 MədəniyyətTürkiyənin "Kanal D" televiziyasında yayımlanan "Öyle bir geçer zaman ki" serialının 77-ci bölümü iyunun 5-də nümayiş olunacaq. Lent.az kanalın saytına istinadən xəbər verir ki, bu seriyada Aylinlə Soner sonda evlənirlər. Ali Kaptanın özünə qapanması Hasefenin diqqətini çəkir. Cəmilənin Kənana qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi yaxınlaşır. Səlma Nərmin Adalının şəklini görəndən sonra Kənanın keçmişini öyrənir, ölən ərinin qardaşı ilə evləndiyini bilir. Berrinlə Ahmet də evlənmək qərarı alırlar. Atasının onlardan intiqam alacağını öyrənən Hakan plana mane olmaq istəyir...
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31