Yazıçılar Birliyindən növbəti bəyanat

Azərbaycan Yazıçılar Birliyi növbəti bəyanat yayıb.Bəyanatda deyilir: "sədrin müşaviri vəzifəsini icra edən Rauf Aslanov haqqında yazılan hədyanlara cavab olaraq bildiririk ki, o uzun müddət mötəbər təşkilatlarda vicdanla çalışmış və bu gün də eyni tərzdə Azərbaycan Yazıçılar Birliyində öz fəaliyyətini davam etdirən təcrübəli, səriştəli bir yoldaşdır. Məlumdur ki, ali təhsili olmayanı belə məsul vəzifələrə işə ğötürmürlər. "Azərbaycan Yazıçılar Birliyini Rauf Aslanov idarə edir" deyə hay-həşir salanların nəzərinə çatdırırırq ki, o müşavir vəzifəsini icra edir və buna görə də maaş cədvəlinə qol çəkir. Azərbaycan Yazıçılar Birliyinin kollektivi və üzvlərinin əksəriyyəti onun iş üslubundan razıdırlar. Eyni zamanda mənzil növbəsinə dayananların, katibliyin xahişi ilə o mənzil komissiyasının sədri seçilmişdir.("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31