"Eurovision" qaliblərindən yeni xəbər VIDEO

Nigar Camal və Dima Bilan: "Come Into My World"

"Eurovision" qalibləri Dima Bilan və Nigar Camal növbəti duetlərini yazdırdılar. ANS PRESSin məlumatına görə, keçən həftə ilk duetlərinə çəkilmiş rus dilində olan "Obnimi menya" (Qucaqla məni) kliplərinin təmtəraqlı təqdimatını düzənləyən "Eurovision 2008" və "Eurovision 2011" qalibləri əməkdaşlıqlarını davam etdirirlər.Dima Bilan və Nigar Camalın yeni yazdırdıqları "Come Into My World" (Mənim dünyama daxil ol) mahnısı artıq internet istifadəçilərinin ixtiyarına verilib. İngilis dilində təqdim olunan mahnının rus-dilində versiyası da yazılıb. Yeni duetin ekranlaşdırılacağı planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31