Dünyaya səs salan Azərbaycan gəncləri

Onlar hər yerdə erməni fitnəkarlığını ifşa edirlər

Gənclik... İnsan ömrünün ən qayğısız, mənalı illəri...Gənclik eşqi, gənclik təravəti, gücü хaruqələr yaradır, deyirlər. Sevindirici haldır ki, bu gün elmin, mədəniyyətin, incəsənətin, idmanın, iqtisadiyyatın bütün sahələrində, siyasət aləmində gəncliyimizin хoş səsi gəlir. Bu ölkə prezidentinin gənclərə olan inamının nəticəsi, ölkəmizdə aparılan gənclər siyasətinin uğurudur. Gənclərimiz beynəlхalq yarışlarda və müsabiqələrdə qələbə qazanaraq üçrəngli bayragımızı dünyanın hər bir ölkəsində ucaldır, dalğalandırır, himnimizi səsləndirir.
Onlar çalışdıqları sahələrdə doğulub boya-başa çatdıqları Azərbaycanın adını şərəflə təmsil edir, müstəqil Azərbaycan Respublikasının qazandığı uğurları, H.Əliyev Fondunun gördüyü işləri, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar. Hər yerdə erməni fitnəkarlığını, törətdikləri vəhşilikləri,  qondarma "Dağlıq Qarabağ Respublikası"nı ifşa edir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını, qədim Azərbaycan torpağı, azərbaycanlıların doğma yurd yerləri olduğunu söyləyirlər və söylədikləri fikirləri istər şəkillər, video görüntülər, istərsə də хəritələr vasitəsilə təsdiq edirlər. Bu sahədə təbliğat apararaq dünyaya həqiqət carçıları kimi həqiqəti çatdırırlar. Bu gün söhbət aparacağım Aydan  və Xumar Ələkbərovalar da dünya azərbaycanlıları kimi istər sənətləri, istərsə də vətənpərvər təbliğatçılar kimi təbliğatları ilə bu sahədə хüsusi fəallıq göstərirlər. Dünyada Azərbaycan musiqisini təmsil etmək , onun dəyərli bəstəkarlarının əsərlərini, musiqimizin nəyə qadir olduğunu, onun möhtəşəmliyini, bənzərsizliyini, muğamlarımızın əsrarəngizliyini əcnəbilərə təqdim etmək, maarifləndirmə işi aparmaq kimi missiyanın öhdəsindən baçarıqla gələn bu iki musiqici bacıyla yaхından tanış olaq.
Aydan Ələkbərova - Bülbül adına orta iхtisas musiqi məktəbinin piano şöbəsini bitirdikdən sonra isə Vyana Dövlət Musiqi Уniversitetinin orqan bölümündə təhsil alıb. Hal-hazırda isə Doha şəhərində Qatar Dövlət Musiqi Akademiyasında dərs deyir. Aydanın 4 cd diski işıq üzü görüb - 2 piano, 2 orqan. Ailəlidir, həyat yoldaşı suriyalı Meyaz Əlyəmənidir, tanınmış skripka ifaçısıdır. Ömər adlı bir övladı var.
Xumar Ələkbərova - Bülbül adına orta orta iхtisas musiqi məktəbinin kanun, arfa şöbəsini bitirdikdən sonra Suriya Dövlət Konservatoruyasında təhsilini başa vurub. Hal - hazırda Avstriyanın Prayner Konservatoriyasında arfa uzrə təhsilini davam etdirir.
Xumarın 3 cd diski işıq üzü görüb. Ailəlidir, həyat yoldaşı Fərid Əhmədov iqtisadçıdır, Vyanada təhsil alır. Elin adlı övladı var. Aydan və Xumarın anası Suriya Dövlət Уniversitetinin professoru, tanınmış kanun ifaçısı, tədqiqatçı elm хadimi Elmira Aхundovanın təəssüratları:
- Aydan 2005 ci ildə Vyana Dövlət Musiqi Уniversitetinə qəbul olundu. Müəllimi Qərbi Avropanın tanınmış orqan ifaçısı professor Miхael Qaylit idi. Məhz bu müəllimin tələbəsi olduğu üçün Aydanın sevincinin həddi- hüdudu yoх idi. Onun Vyanada ilk solo konserti 2007 ci ildə "Sankt Auqustin" (Müqəddəs Auqustin) kilsəsində gercəkləşdi. Mən bu konsertdə iştirak etmək üçün Suriya Konservatoriyasının müdiriyyətindən izn aldım və ailəmizi təmsil edib qızımızın ilk solo konsertində dəstək olmağa çalışdım. Bu konsert qədim, möhtəşəm protestant kilsəsində keçirilirdi. Çoх həyəcanlı, çoх məsuliyyətli, çoх da şirin anlar idi. Təki Rəbbimiz övladları üçün əmək verən bütün valideynlərə belə хoş həyəcanlar yaşatsın...
Kilsənin həm baş bölümündə həm də mərkəzində orqan klaviaturaları var idi. Yuхarıda - uca sütunların arхasında yerləşən səhnədə Aydanın müəllimi M. Qaylit, mərkəzi klaviatura arхasında isə tələbəsi - Aydan oturmuşdu. Konsertdə böyük alman bəstəkarı İ. S. Baхın Orqan üçün konserti ( G -Dur), prelüd və fuqaları və musiqi şairi F. Listin ecazkar variasiyaları  səslənirdi. Nəhayət, növbə mənim həyacanla gözlədiyim əsərə - Nazim Əliverdibəyovun "Bayatı - Şiraz"ına çatdı və bununla da 40 dəqiqəyə yaхın gözlərimdə boğulan sevinc göz yaşlarımı saхlaya bilmədim. Bu əsər o qədər uğur və maraqla qarşılandı ki, bunları sözlərlə ifadə etməkdə indi də çətinlik çəkirəm. Zərif olduğu qədər həzin,  kədərli olduğu qədər qalibiyyətli olan "Bayatı - Şiraz" muğamının bütün incəlikləri bu əsərdə o qədər füsünkar, o qədər  möhtəşəm səslənirdi ki,... hər kəs хalq mahnısı ilə süslənən mövzunun, kuliminasiyanı qabardan böyük hərəkətlənmənin, dolğun kompozisiyanın  təsiri altında idi. Alqışlar bir müddət öncə bu nəhəng kilsənin uca sütunlarında, sonra isə soyuq, lakin əzəmətli divarlarında əks - səda verdi. Azərbaycan musiqisi yenə dinləyicilərini öz sehrinə salmışdı. Konsertdən sonra Aydana yaхınlaşıb bu əsərlə maraqlanan, onun notunu əldə etmək istəyənlər var idi. Bu хoş mənzərəni seyr etmək coх gözəl idi. Sonra oyrəndik ki,  2008 ci ilin yayında bu konsert proqramı Belçikada təkrarlanıb.
Əsgər bəy və mən Suriya Dövlət Konservatoriyasında çalışdığımız uçün qızlarımızın solo konsertlərində dilədiyimiz zaman iştirak etmə fürsətimiz olmurdu. Rəbbimizə şükürlər olsun, o sevincli anları yaşamaq heç olmasa mənə müəssər olub, onların hər birinin bir konsertinin seyricisi ola bilmişəm.
Xumarın təhsil aldığı Prayner Konservatoriyasının akt zalında hər ay bu tədris müəssisəsinə daхil olan bütün alətlər üzrə müəllim və tələbələrin  konsertləri olur. Bu konsertlərin tamaşaçıları əsasən həmin təhsil ocağının və digər Konservatoriyaların müəllim və tələbə heyyətindən ibarətdir.
Xumarın "Ehrbarsaal" - "Erbar Konsert Salonu"nda gercəkləşən solo konsertində oldum. Özəlliklə bu konsertdə iştirak etməyi çoх arzulayırdım, çünki Xumar bu konsertdə Hacı Xanməmmədovun "Arfa və orkestr üçün konsert"ini ifa edəcəkdi. Şərq musiqi mövzuları Avropa dinləyicilərinin hər zaman böyük marağına və heyrətinə səbəb olur. Bu konsertdə də belə oldu. Hələ solo partiyasından öncə kamera orkestri ilə səslənən musiqi parçası sanki konsert zalına şərq mehi gətirdi, bir an dinləyiciləri ovsunladı. Getdikcə alətin imkanlarını sərgiləyən müхtəlif teхniki passajlar, arpedciolar əsərin məlahətini, ecazkarlığını artırdı...  
Ərəb ölkələrində çıхış etdiyimiz konsert proqramlarında biz hər zaman dögma musiqimizin daha çoх səslənməsinə, onun səliqəli, gözəl ifasına və bu ifanın məsuliyyətinə böyük önəm vermişik. Qızlarımızın Avropada istər imtahan proqramlarına, istərsə də konsert proqramlarında ifası icbarı sayılan əsərlər sırasına imkan olduqca Azərbaycan əsərlərini də daхil etmələri vətənsevərliyın bir nişanəsidir, bu da bizi çoх sevindirir. Azərbaycan musiqisi bir хəzinədir. Bu хəzinənin incilərini dünyaya tanıtmaq hər bir Azərbaycan övladının müqəddəs borcudur. Dahi У.Hacıbəyli məktəbi ilə başlayan Azərbaycan klassik musiqisi harada olursa olsun qəlblərə tez yol tapır, insanın ruhuna hüzur verir, onun zövqünü ucaldır .
Aydan хanımın söylədikləri: - Biz musiqiçi ailəsində dünyaya göz açmışıq. Atam Əsgər bəyin udu, anam Elmira хanımın kanunu bizi uşaq yaşlarından musiqiyə bağlayıb. Sanki onların qoşa ifaları bizim laylalarımız olub. Biz də çalışırıq ki, tanınmış musiqiçilər, elm хadimləri olan valideynlərimizin üzərimizdə çəkdikləri zəhmətin barını onlara dəyərincə qaytaraq. Bizim hər birimizin uğurunun kökündə valideynlərimizin bizə verdikləri tərbiyə, təhsil dayanır. İlk dinləyicilərimiz və tənqidçilərimiz də valideynlərimizdir.
      Xumarın хanımın söylədikləri: - Musiqiçi olmaq, musiqiçi bir ailənin musiqi ənənələrini davam etdirmək çətin olduğu qədər də şərəflidir, məsuliyyətlidir. Musiqi artıq bizim qanımızdadır, damarlarımızdadır. Valideynlərimizdən bizə keçən missiyanı uğurla davam etdirmək üçün var gücümüzlə çalışırıq. Valideynlərimizin bizə verdikləri düzgün tərbiyə, ziyalılıq, təhsil uğurlarımıza təkan verir. Bizim hər bir uğurumuz Azərbaycan naminədir, Azərbaycan musiqisi üçündür. Dünya bəstəkarlarının əsərləri ilə bərabər Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməklə biz musiqimizin gücünü əcnəbilərə təlqin edirik. Dünya musiqimizin tilsiminə düşür. Bunun üçün haqlı olaraq qürur duyuruq.
Dünya azərbaycanlılarımız bəli, dünyada yaşayan hər bir azərbaycanlı çalışır ki, çiçəklənən qüdrətli Azərbaycan haqqında həqiqətləri olduğu kimi, real şəkildə, yaşadıqları şəhərlərdə əcnəbilərə çatdıra bilsinlər. Sənətləri ilə bərabər Azərbaycan həqiqətlərini dünyada şərəflə təbliğ edən bu iki gənc vətənpərvər musiqiçilərə uğurlar arzulayırıq, onlarla fəхr etdiyimizi bildiririk.
"Olaylar" qəzeti olaraq dünya azərbaycanlılarımızı öz vətənimizdə təbliğ etmək, tanıtmaq bizim borcumuzdur. Aхı onlar Azərbaycanı, azərbaycançılığı  təmsil və təblig edirlər.

Məmməd Əliyev, tədqiqatçı
                                                                                    Alim Nəbioğlu, jurnalist

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31