"Muhteşem yüzyıl": Topqapı sarayı yasda. VIDEO

Validə sultan dünyadan köçür. Onun vəfatı bütün imperatorluğun yasa batmasına səbəb olur. Bütün xanədan qaraya bürünür. Validə sultan ehtişamlı bir mərasimlə saraya vida edir. Sultan Süleymanın kədərinin dağılması düşündüyü qədər də asan olmur.Validə sultandan sonra hərəmin idarəçiliyi Mahidevrana qalır. Mahidevran gözünü Validə sultanın evinə dikir. Amma bununla Hürrəmin əlinə oynadığını hiss etmir.Validə sultanın vəfatına ən çox kədərlənən dayə olur. O, Validə sultandan sonra hərəmdə qalmaq istəmir və saraydan kənarda özünə yeni bir həyat qurmağa çalışır. Lakin vicdan əzabı dayədən əl çəkmir.Validə sultanın vəfatından sonra Xədicə saraya qayıdır. Hürrəm vaxt itirmədən onu ziyarət etmək istəyir. Xədicənin həyatı tapdığı bir məktubla alt-üst olur.Fiqani haqqında hökmün ləngiməsi narahatlıq yaradır. İsgəndər Çələbinin çıxışları təsirli olur. Sultan Süleyman İbrahimdən qərarın tezliklə verilməsini istəyir. İbrahim isə Fiqaninin Əfəndi həzrətlərinə yol tapmaq üçün yeganə şans olduğunu bilir və onun dindirilməsi ilə birbaşa özü maraqlanır. milli.az

http://video.day.az/az/film-pkxpmyqw-muhtesem-yuzyl62-ci-seriya

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31