“Burnovskie babuşki” qrupunun Bakıdan apardıqları hədiyyələr yoxa çıxıb
30 May 2012 17:36 MədəniyyətRusiyanın "Eurovision-2012" də təmsil edən "Burnovckie babuşki" qrupunun hədiyyələri yoxa çıxıb. Lent.az-ın pravda.ru-ya istinadən verdiyi xəbərə görə, hədiyyə dolu çemodanların yoxa çıxması barədə nənələr doğma kəndlərində xəbər tutublar.
Məlumata görə, istər Moskva, istərsə də Udmurtiyanın paytaxtı İjevsk şəhərində coşqu ilə qarşılanan nənələrin başı qarışıq olduğundan hədiyyələr yoxa çıxıb. Amma müsabiqə iştirakçıları ümidlidirlər ki, baqajları aeroportun yük şöbəsində qalıb.
Bu arada məlum olub ki, "Burnovckie babuşki" qrupunun çoxdankı arzusu da reallaşır. Söhbət ondan gedir ki, hələ Bakıya gəlməmişdən əvvəl nənələr qalib gələcəkləri halda kəndlərindəki qədim kilsəni təmir etdirəcəklərini vəd etmişdilər. Nənələr müsabiqədə ikinci yer tutsalar da, bikef deyillər. İndiyədək konsertlərdən qazandıqları qonorarı və digər pul mükafatlarını kilsənin təmirinə xərcləyəcəklər.