“Crystall Hall” –da avadanlıqlar sahədən köçürülür

Ötən həftə Bakı şəhərində keçirilmiş "Eurovision 2012" mahnı müsabiqəsinin kəsintisiz müvəffəqiyyətli yayımını təmin edən "Teleradio" İstehsalat Birliyi, mayın 29-dan etibarən "Crystall Hall" ərazisində quraşdırılmış avadanlıqların sahədən köçürülməsi işlərinə başlayıb. Birliyin məlumatına görə, müsabiqə zamanı keyfiyyətli və davamlı xidmət göstərən yayım avadanlıqlarının gələcəkdə digər tədbirlərin yayımında istifadə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, gözlənilən yüksək yayım nəticəsinin əldə olunması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Teleradio" İB-nin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31