"Öyle bir geçer zaman ki" - Əli kapitan ölümlə üz-üzə VIDEO

Əli kapitan Cəmiləni xilas etməyi bacarsa da, yaranan qarşıdurma zamanı vurulur. Qan itirən Əli kapitan vaxtında xəstəxanaya yetişdirilməsə, ölə bilər.Son istəyi isə Cəmilənin onu bağışlamasıdır. Cəmilə Əli kapitanı xəstəxanaya çatdırır. Lakin vəziyyəti ilə bağlı heç bir məlumat ala bilmir. Vəziyyətdən xəbər tutan Akarsu ailəsi hamılıqla xəstəxanaya gəlir. Kənanın qapısını isə polislər döyürlər.Eşitdikləri Kənan üçün böyük bir sürpriz olur. Küncə sıxışan Kənan məhkəmədə holdinqdəki payların hamısını ələ keçirmək üçün hər yola əl atır. Amma Selma hüquqlarını sona qədər müdafiə edir.Karolin Mustafanın dalınca gəlir. Onun Əli ilə əldə etdiyi razılaşmadan xəbərsiz olan Hasefe xanım uşağı vermək istəmir və ona mane olur.Sonerlə Aylin toy hazırlıqlarına başlayırlar. Sonerin Ayline toyun keçiriləcəyi yer və qalacaqları evlə bağlı böyük sürprizi var.Kənan isə Cəmilənin yerini Əliyə kimin dediyini öyrənməyə çalışır. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31