Dünyanın ən bahalı toylarından biri: milyarder qızının Versal sevinci

Fransanın paytaxtı Parisin yaxınlığındakı Versal sarayında indiyədək rəsmi mərasimlər, mədəni və ictimai yönlü tədbirlər keçirilib. Fransız krallarının yay iqamətgahı olan saray zadəganların əyləncə yeri idi bir zamanlar.  Dünən isə saray tarixində ilk dəfə müsəlman toyuna səhnə olub.
Milli.Az "The Guardian"a istinadən bildirir ki, Britaniyada yaşayan ərəb milyarder, silah alverçisi Vafiq Səid qızı Raşanın toyunu məhz Versal sarayında etmək qərarına gəlmişdi.
72 yaşlı milyarder dedi və sözünün üstündə də durdu.Təzə bəy Xalid Xəvaca və gəlin Rəşa Səidin toyuna yalnız Britaniyadan 700 siyasətçi, iş adamı, şou-biznes ulduzları qatılmışdı.
Dünyanın ən bahalı toylarından birində 26 yaşlı gəlinin əynində 358 min dollarlıq gəlinlik vardı.
27 yaşlı Xaled Xəvaca isə 23 min dollarlıq kostyumda idi.Toyda qonaqlara verilmiş 6 metr hündürlükdəki tortun bəzədilməsinə isə 310 min dollar xərclənmişdi.Qonaqlar üçün oxuyanlar arasında isə məşhur müğənni Robbi Uilyams da vardı.Toydan sonra isə qonaqlar Paris Operasına dəvət olunublar və ziyafət orada davam edib.Toyun ertəsi günü isə bəylə gəlin özəl "Boeing 737" təyyarəsində "bal ayı"na yollanıblar. Onların qalacağı bütün otelləri gəlinin atası satın alıb.
Həmin otellərin sayı isə 34-dür və onların hamısı gəlinə cehiz kimi veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31