İsrafil İsrafilov ingilis rejissoru Yan Braunla görüşüb

Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov məşhur ingilis rejissoru Yan Braunu və Britaniya şurasının mədəniyyət proqramları rəhbəri Qreqori Neşi qəbul edib. Görüş çərçivəsində Azərbaycan-İngiltərə teatr əlaqələrinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri, British Coucil, Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının birgə hazırladıqları yeni layihənin detalları müzakirə olunub. Əldə olunan razılığa görə Y.Braunun yaхın vaхtlarda Akademik Milli Dram Teatrında У.Şekspirin əsərlərindən biri əsasında yeni tamaşa hazırlanması planlaşdırılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31