Verilişində Xoşqədəmin adını eşidən Zaur özünü saxlaya bilmədi
6 İyul 2018 16:33 MədəniyyətAparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramının mövsüm finalında iki gənci evləndirib.
Qonaqlar arasında şair Nazilə Səfərli də olub.
Verilişə gələn digər aparıcı İlham Mirzəyev gəncləri təbrik edib.
"Allah onları xoşbəxt və Xoşqədəm etsin", - deyə gənclərə təbrik ünvanlayan İlhamın sözləri studiyada gülüşə səbəb olub.
Belə ki, Xoşqədəm adını eşidən Zaur və Nazilə gülməyə başlayıb.
Zaur İlhama "Amin, ay İlham, amin! Bir yer var idi, ora qədər yaxşı gəlmişdin", - deyib.
Qeyd edək ki, Xoşqədəm və Zaur uzun illərdir küsülüdür. Hidayətqızı ilə Nazilənin arasında da qalmaqal yaşanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31