Elçin Əzizov Çilidə səhnəyə çıxacaq

İyulun 13-dən 23-dək Santyaqoda, Çili Milli Opera Teatrının səhnəsində Cakomo Puççininin "Toska" operası nümayiş etdiriləcək.

Bu haqda Çili Milli Opera Teatrının saytında yazılıb. Səhnə əsərində Baron Skarpianın partiyasını xalq artisti Elçin Əzizov ifa edəcək.

2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solisti olan Elçin Əzizov P.Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", S.Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", M.Musorqskinin "Boris Qodunov", C.Verdinin "Traviata", "Don Karlos", A.Borodinin "Knyaz İqor" operalarında yaddaqalan obrazlar yaradıb.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31