Məşhurların "qaranlıq gecədəki" paylaşımları
3 İyul 2018 11:29 MədəniyyətÖtən gün Mingəçevir İES-in altıncı blokunda baş verən qəza nəticəsində ölkə ərazisində işıqlar sönüb. Bu hadisə qısa zamanda sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir neçə dəqiqənin içində İnstaqram və Facebookda bütün statuslar məhz bu hadisəyə həsr edilib.
Axşam.az-ın məlumatına görə, məşhurlar da paylaşımlardan geri qalmayıblar.
Müğənni Sevda Yahyayeva insanlara müraciət ünvanlayıb:
"Yaşadığınız binada liftləri yoxlayın. Baxın, bəlkə kimsə liftə qalıb? Bu isti havada orada uşaqlı və yaşlı insanlar ola bilər. Bu sizə əziyyət verməz, sadəcə insanlığınızı göstərin"
Əməkdar artist Abbas Bağırov isə gülməli video çəkib və yayımlayaraq bunları qeyd edib:
"İnşallah, düzələr bu problemdə. Əsas odur ciddi bir hadisə baş verməsin, insanlar sağlam olsun".
Aparıcılar Zaur və Günay Baxşəliyeva qızı Dilavərlə birlikdə foto yayımlayaraq "Xoşbəxtlik insanın daxili işığındadır. Çox qəribədir, işıqlar sönəndə telefonları kənara atıb bir-birimizə daha yaxın olduq. Demək ki, insanın daxili işıqı daha önəmlıidir" sözlərini yazıb.

Aktyor İlkin Misgərli isə "Qanım qaraldı yenə... İşığı bildim, su niyə gəlmir" sözlərini yazıb.

Aktyor Nicat Rəhimov isə yumoristik video çəkərək yayımlayıb.
Müğənni Aysel Əlizadə də işıqların sönməsinə həsr etdiyi videonu İnstaqramında "İstədim bu işıqsız gecədə maraqlı olsun" şərhi ilə paylaşıb.