"İki dünya" - Duet sərgi

Xətai Sənət Mərkəzində Rəssam Həsənov Həsən və tələbəsi Əkbərova Nisənin “İki dünya” adlı duet sərgisi açıldı. Olaylar.az bildirir ki, sərgini giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq sərgi iştirakçılarını salamlamaqla bərabər “ İki dünya” sərgisinin müəllifləri haqda məlumat verdi. O, Rəssam Həsənov Həsənovun yaradıcılığından söhbət açaraq rəssamın əsasən impersianist , avanqard və qarışıq texnikasında çəkdiyi, həmçinin sərgidə “Abşeron bağları” silsiləsindən bir neçə etüdünün də yer aldığını qeyd etdi.

Xətai Sənət Mərkəzində Rəssam Həsənov Həsən və tələbəsi Əkbərova Nisənin "İki dünya" adlı duet sərgisi açıldı.

Olaylar.az bildirir ki, sərgini giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq sərgi iştirakçılarını salamlamaqla bərabər " İki dünya" sərgisinin müəllifləri haqda məlumat verdi. O, Rəssam Həsənov Həsənovun yaradıcılığından söhbət açaraq rəssamın əsasən impersianist , avanqard və qarışıq texnikasında çəkdiyi, həmçinin sərgidə "Abşeron bağları" silsiləsindən bir neçə etüdünün də yer aldığını qeyd etdi.

Xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Bakı qalereyasının direktoru rəssam Eldəniz Babayev bu tip duet sərgilərin əhəmiyyətindən danışaraq iki rəssam dünyasının bir arada təqdimatı, yanaşma tərzlərinin müxtəlifliyini nəzərə çapdığını qeyd etdilər. Buda müəllimin tələbəsinə yaratdığı sərbəstliyi və tələbənin özünə inamı kimi başa düşülməli olduğu qeyd olundu.

Sərgi rəssam Həsən Həsənov, gənc rəssam Nisə Əkbərova və bir çox sərgi iştirakçısının öz ürək sözləri ilə başa çatdı.

Sərgi 3 gün davam edəcək. Giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31