Roza yenidən övladlığa uşaq götürür
Müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürəcək. Sənətçi bu haqda rejissor Nail Naiboğlunun “Stop” layihəsində deyib. O bildirib ki, iki uşaq götürməyi planlaşdırıb:
2 İyul 2018 14:17 MədəniyyətMüğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürəcək.
Sənətçi bu haqda rejissor Nail Naiboğlunun "Stop" layihəsində deyib. O bildirib ki, iki uşaq götürməyi planlaşdırıb:
"Böyük oğlum Corc gələn ayın ortasında əsgərliyə gedir. O, gedəndən sonra iki uşaq övladlığa götürəcəm. Biri oğlan, biri qızdır. Allah analıq nemətini mənə bir dəfə qismət etdi, sonra dada bilmədim. Həyatda bir missiyam var: anası, atası olmayan uşaqlara analıq etmək".
Qeyd edək ki, R.Zərgərlinin Bənövşə adlı qız övladı var. O, daha bir qızı və iki oğlan uşağını övladlığa götürüb.
Axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31