Balaca rəssamların “Dəniz canlıları” adlı sərgisi
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyi Sabunçu rayon Gənclər Evində “Dəniz canlıları” adlı rəsm sərgisi keçirildi. Sərginin məqsədi uşaqların təbiətlə, dənizlə, dəniz canlıları ilə daha yaxından tanış olması, onları öz dünyalarında gördükləri kimi təsvir etməsi, onlar haqqında daha geniş məlumata sahib olmaları idi.
1 İyul 2018 14:32 MədəniyyətAzərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" rəsm dərnəyi Sabunçu rayon Gənclər Evində "Dəniz canlıları" adlı rəsm sərgisi keçirildi. Sərginin məqsədi uşaqların təbiətlə, dənizlə, dəniz canlıları ilə daha yaxından tanış olması, onları öz dünyalarında gördükləri kimi təsvir etməsi, onlar haqqında daha geniş məlumata sahib olmaları idi.
Tədbirdə çıxış üçün ilk söz Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyevaya verildi. Dilarə xanım qeyd etdi ki, artıq bir neçə müsabiqələrdə uğur qazanmış yeniyetmə rəssamlar bu sərgidə də öz istedadlarını, biliklərini göstərməyi bacarıblar.
Sərgidə Dövlət Uşaq Filarmoniyasının 4-17 yaş qrupunda 48 yeniyetmə rəssamının 100-ə yaxın əsəri nümayiş olundu. Gənc rəssamların inkişaf etməsi, qazandıqları uğurlarında danılmaz əməyi olan Dövlət Uşaq Filarmoniyasının müəllimləri Vusal Hüseynzadə , Gülşad Quliyeva, Günay Qarayeva şagirdlərinin hər bir işində onlara yaxından dəstək olublar.