Bakıda İLK DƏFƏ – RUHSAL KONSERT
İyunun 30-da “ETUD Cafe&Bar”da qədim ruhsal musiqilərdən ibarət konsert təşkil olunacaq.
28 İyun 2018 11:52 Mədəniyyətİyunun 30-da "ETUD Cafe&Bar"da qədim ruhsal musiqilərdən ibarət konsert təşkil olunacaq.
Təşkilatçıların Olaylar.az -a verdiyi məlumata əsasən, konsert tamaşaçıları daxili dünyalarının dərinliyinə aparacaq, onların zövqünü oxşayacaq.
Sanskrit və Azərbaycan dilində bəstələnmiş kompozisiyalar yaradanı və ilahi qüvvəni tərənnüm edir: "Konsert zamanı tamaşaçılar gözünü yumub rahat və sakit vəziyyətə qərq olacaqlar. Musiqiçi Yogaddin öz dostları ilə insanlara hüzur dolu bir aləmə səyahət etdirəcəklər."
Konsertdə Yogaddin, Həsən, Elvin İsmayıllı, Ülviyyə, Fidan çıxış edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31