Azərbaycanlı məşhur ailəsi ilə birlikdə ölkəni tərk etdi

Keçmiş "Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmov bir neçə gün əvvəl ailəsi ilə birlikdə ABŞ-a köçüb.

Keçmiş "Dəyirman" qrupunun üzvü, reper Elmir Məhərrəmov bir neçə gün əvvəl ailəsi ilə birlikdə ABŞ-a köçüb.

2017-ci ilin may ayında "Greencard" qalibi olan reper Nyu-York şəhərində yaşamağa qərar verib. Hava limanından şəkillər paylaşan reper təəssüratlarını da qeyd edib: "İşığın izi ilə gedin, bu işıq sizin ürəyinizdədir".

Elmir Məhərrəmovu Amerikaya yola salanlar arasında eks "Dəyirman" qrupunun üzvi ABD Malik, həmçinin aparıcı, prodüser Emin Əfəndi olub.

Xatırladaq ki, 2017-ci ilin may ayında "Greencard" qalibi oluan reper 1 ilədək davam edən sənədləşmədən sonra öz vizasını 2018-ci ilin may ayında əldə edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31