“Yeni nəsil dəvət edir” layihəsində - “Vətənimizi sevirik”
22 İyun 2018 15:57 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri "Vətənimizi sevirik" adlı geniş konsert proqramı ilə çıxış ediblər.
Konsert Beynəlxalq Muğam Mərkəzinin , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində reallaşıb.
Olaylar.az bildirir ki, əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə keçən konsertdə Sevinc Abidinova, Rəvan Əlvanoğlu, Məftun Səfərli, Anar Əliyev, Məharət Habiloğlu və Suma Tapdıqova muğamlar və Azərbaycan xalq mahnılarını ifa ediblər.
Gecədə Əməkdar artist bədii qiraət ustası Azad Şükürov ifasında Abbas Səhətin, Zəlimxan Yaqubun, Kərim Kərimlinin, Ramiz Qusarçaylının, Sabir Rüstəmxanlının, Eldar İsmayılovun, Ejdər Olun, Məhəmmədhüseyn Şəhriyarın şerləri səslənib.
Həmçinin ifaçıları tarda Vüsal Qasımov, kamançada Cahandar Mikayılov,qanunda Eyvazova-Nəsibova Gülşən, nağarada Soltan Hacıyev, balabanda Adil Müslümov, udda Vüqar Əhmədov müşayiət edirdilər.
