Daşkənddə çap edilən “Jahon adabiyoti” jurnalında professor Ramiz Əskər haqqında material verilib

Daşkənddə özbək dilində çap edilən “Jahon adabiyoti” jurnalında Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər haqqında filologiya elmləri namizədi Gülnaz Səttarovanın materialı verilib.

Daşkənddə özbək dilində çap edilən "Jahon adabiyoti" jurnalında Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər haqqında filologiya elmləri namizədi Gülnaz Səttarovanın materialı verilib.

"AZƏRTAC xəbər verir ki, "Özbək ədəbiyyatının Azərbaycandakı dostu" sərlövhəli məqalədə Ramiz Əskərin həyatı və fəaliyyəti haqqında ətraflı söhbət açılır. Müəllif yazır ki, Ramiz Əskər türkdilli xalqların ədəbiyyatı və mədəniyyəti ilə bağlı 20 monoqrafiya, 45 tərcümə kitabı, 200-dən çox elmi, 1500-ə yaxın publisistik məqalənin müəllifidir. Yazıda bildirilir ki, Ramiz Əskər Azərbaycandan başqa Türkiyə, Türkmənistan, Qazaxıstan, Tatarıstan və Özbəkistanın nüfuzlu mükafatlarının sahibidir Vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə Ramiz Əskər "Şöhrət" ordeni ilə təltif edilib. Müəllif qeyd edir ki, Ramiz Əskər özbək ədəbiyyatına dair 12 kitabı Azərbaycan dilində tərcümə edib və çap olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31