Muğam Mərkəzində “Dastan gecələri” davam edir

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Küçə Rza” dastanı təqdim olunub. Olaylar.az bildirir ki, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin  və Azərbaycan Milli Elmlər Akademiyasının  Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Tədbirdə  filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edib.

Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" layihəsi çərçivəsində "Küçə Rza" dastanı təqdim olunub. Olaylar.az bildirir ki, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin  və Azərbaycan Milli Elmlər Akademiyasının  Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirdə  filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edib.

Daha sonra Şirvan aşıqlar birliyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlının ifasında  "Küçə Rza" dastanı tamaşaçılara təqdim olunub. Ağamurad Şirvalını balabanda Əbilxan Şirvanlı, nağarada Hünər Şahalıyev, qoşa-nağarada Zəfər Şahalıyev, qarmonda Nurşirəvan Şahalıyev müşayiət ediblər.  

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi özünün yeni irimiqyaslı "Dastan gecələri" adlı layihəsində  öz fəaliyyətini daha da genişləndirir və xalq poeziyasına müraciət edir. Şifahi xalq yaradıcılığının ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı özündə aşıq musiqisi ilə bərabər şifahi poeziya nümunələrini də birləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31