Azəri qızı Günel qardaşının toyunda 20 minlik LİBAS GEYİNDİ

Xəbər verdiyimiz kimi, dünən Tunar Rəhmanoğlunun toyu olub.

Türkiyədə Azəri qızı ləqəbi ilə tanınan müğənni Günel Zeynalova qardaşı Tunarın toyuna "Sagaza Madrid" moda evindən qırmızı libas geyinib. Əldə etdiyimiz məlumata görə, paltarın dəyəri 20 min TL-dir (təxminən 10 min manat).

Onu da qeyd edək ki, Günelin makiyajı üzərində stilist Anar Ağakişiyev çalışıb. Müğənni obrazını Timaşenko adlandırılan hörük fasonu və libası ilə ahəng təşkil edən qırmızı dodaq boyası ilə tamamlayıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31